Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və "Azərbaycan Hava Yolları QSC ilə danışıqlar keçirəcək:

"Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir.