"Seçkilərin açıq və şəffaf keçirilməsində bizim ən yaxın dəstəkçimiz kütləvi informasiya vasitələridir. Bu, istər yerli, istərsə də xarici mediaya aiddir.
Unikal.org xəbər verir ki, bu fikri Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov Azərtac-a açıqlamasında deyib. Rövzət Qasımov qeyd edib ki, MSK KİV-in tam və dəqiq məlumatlandırılmasında maraqlı olan təşkilatdır. Komissiya medianın köməyindən istifadə edərək ictimaiyyətin seçkilərlə bağlı bütün proseslər barədə daha geniş məlumatlanmasını qarşısına məqsəd qoyub.
Seçki Məcəlləsindən də irəli gələrək mətbuatın seçki prosesini izləməsi və məlumat yayması üçün heç bir məhdudiyyətin olmadığını deyən MSK Katibliyinin müdiri bildirib ki, xarici mətbuat da seçki prosesi ilə bağlı informasiya ilə təmin olunur. Bundan əvvəlki seçkilərdə də xarici mətbuat heç bir problem olmadan informasiyalar əldə edib.