Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.
Unikal.org-un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar.
Türkiyən baş nazirinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.
Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.
B.Yıldırımla birgə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çetin və digər şəxslər də Azərbaycana gəlib.
10:50
Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana yola düşüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.
Rəsmi səfərdə B.Yıldırımı xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birisədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşaiyət edir.
O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədriOqtay Əsədov, Baş nazirArtur Rasi-zadəvə digər rəsmi şəxslərlə görüşəcək.
B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində keçiriləcək "Güc: Böyük güclər və başqaları mövzusunda paneldə çıxış edəcək.
B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.