"Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə inkişaf edib. İki ölkə arasında 213-dən çox sənəd imzalanıb. Arzu edirik ki, bundan sonra da əlaqələrimiz daha da inkişaf edəcək.
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşü zamanı deyib.
Azərbaycan parlamentinin sədri qeyd edib ki, türk dünyası inkişaf edəndə, bir çoxları bundan narahat olurlar: "Əslində inkişafa sevinmək lazımdır. Amma onlar hələ çox narahat olacaqlar. Türk dünyasının inkişafı üçün bütün imkanlar var.
"Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür.
Bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.
"Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir, Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, Nizami Gəncəvi Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib. Onun "Xəmsəsi bu gün dünya elm adamlarına, şairlərinə bir nümunədir. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim, - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.