"Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik".
Unikal.org-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
"2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib".
Azərbaycanda tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir.
Dövlət başçısı VI Qlobal Bakı Forumunun həmsədrlərinə və iştirakçılarına təşəkkür edib.