"İki aydan sonra - mayda Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Biz bundan qürur hissi keçiririk. Onlar müsəlman aləmində ilk demokrat respublika qurdular, bununla fəxr edirik".
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VI Qlobal Bakı Forumundakı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı azad cəmiyyətdə yaşamaq istədiyini sübut edib: "Respublikanın qurucuları elə bir cəmiyyət qurulmasını istəyirdilər ki, orada bütün insanların hüquqları qorunsun. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu böyükdür. Onlar 100 il öncə mühüm qərarlar qəbul ediblər, məsələn, onlar qadınlara səsvermə hüququnun verilməsini qəbul ediblər. Bu, Avropa dövlətlərindən əvvəl olub. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu çox çəkmədi, iki ildən az oldu. Cümhuriyyətin süqutu bizə dərs oldu. Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır. Azərbaycan bu gün sözün əsl mənasında tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər. Ölkələr yalnız müstəqil olanda inkişaf edə bilər. Azərbaycanın da inkişafı bu cürdür.
"Azərbaycan region ölkələri ilə bir sıra mühüm layihələr həyata keçirir.
Bunu Prezident İlham Əliyev VI Qlobal Bakı Forumunda deyib.
"Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxmasına imkan verib. Hazırda isə Cənub Qaz Dəhlizi layihəsi reallaşdırılır. Azərbaycan həm də enerji resurlarının daşınması üçün tranzit ölkədir və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin oktyabrında isə regionda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi reallaşdı. Bu da Avropa ilə Asiya arasında yüklərin daşınması üçün mühüm layihədir və ondan istifadə artmaqdadır, - dövlət başçısı qeyd edib.