Gəncə şəhərində yerli sakin bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səfəvilər küçəsində baş verib.
Şəhər sakini, 1979-cu il təvəllüdlü Ayaz Mehdiyev küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib. Belə ki, A.Mehdiyev küçədə duranda tanımadığı şəxs onun yanından keçən zaman ona baxıb. A.Mehdiyev "mənə niyə tərs-tərs baxırsan?" deyə soruşub. Bundan sonra mübahisə yaranıb. A.Mehdiyev həmin şəxsə yumruq zərbəsi vurub. Bu zaman hələlik kimliyi bilinməyən şəxs A.Mehdiyevi bıçaqlayıb və hadisə yerindən qaçıb.
Hazırda polis tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.