Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirdi və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. Paraqvay Senatının sədri vurğuladı ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi uçun də yaxşı bir platformaya çevrilir.

Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi.

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olundu, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulandı.


11:15

Prezident İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.