Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.

Unikal.org xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıb. 

Bildirib ki, ölkədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib:

"Azərbaycan xalqı 2017- ci ildə sabit və təhlükəsiz şəraitdə yaşayıb. Ölkədə sistemli islahatlar uğurla davam etdirilib. Ölkə iqtisadiyyatına 17 milyard investisiya qoyulub.

Həmçinin baş nazir Artur Rasizadə çıxış edir.