Türkiyənin Dənizli şəhərində Ukrayna Baş Prokurorluğunun müraciəti əsasında Azərbaycan vətəndaşı həbs olunub.
Unikal.org "Report"a istinadən bildirir ki, 1980-cı il təvəllüdlü Əminə Məmmədova insan alverində ittiham olunaraq saxlanılıb.
Onun barəsində Kiyev şəhər Peçerskiy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ə.Məmmədova Ukraynadan bir çox qadınları Türkiyə və ərəb ölkələrinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunur.