Bakı şəhər sakinindən tapança götürülüb.

Unikal.org  lent.az-a istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Bundan başqa martın 18-də Nərimanov rayonu ərazisindəki evlərdən birinin zirzəmisində təmir işləri aparan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nəriman Cəfərov silah-sursat tapması barədə 16-cı Polis Bölməsinə məlumat verib. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 1 ədəd avtomat silahı, 254 ədəd müxtəlif çaplı patron, 3 ədəd patron darağı aşkar edilərək götürülüb.