Biləsuvarda bıçaqlanma olub. 

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Şəxsi mübahisə nəticəsində düşən dava zamanı rayon sakini, 1987-ci il təvəllüdlü, Fail Höccət oğlu Əliyev bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

F.Əliyevin vəziyyəti kafİ qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.