Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.
Unikal.org-un report-a istinadən məlumatına görə, hələlik məlum olmayan səbəbdən baş vermiş kütləvi dava zamanı Şəmkir rayon Könüllü kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Elgün və Gəncə şəhər sakinləri: - 1987-ci il təvəllüdlü Babayev Emin Nazim oğlu, 1971-ci il təvəllüdlü Boldurov Elçin Ələsgər oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hər üç şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.