Bu günSilahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunub.
Paytaxt sakinləri və qonaqların marağına səbəb olan orkestrlərin çıxışları saat 19:00-dək davam edəcək.
Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edirlər:
- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı
Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.
(trend.az)