Bugün İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb.
Unikal.org Avropa.info-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "igidliyə görə" medalı ilə təltif olunmuşdu.
Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələ Təpə yüksəkliyini düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i isə Bakı Hərbi Hospitalında vəfat edib.
Dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub...