Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımovun məhkəmə iclası başa çatıb.
Unikal.org Report-a istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, bu il yanvarın 2-də saat 21:40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilir.