Martın 29-da Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində dövmələr var.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.