İngiltərənin Lordlar Palatasının üzvü Mişel Mon Vyetnamda qucağına aldığı bir uşaqla şəkil çəkdirib. Amma bu balaca adam əslində uşaq deyilmiş. 
Unikal.org musavat.com-a istinadən bildirir ki, 44 yaşlı qadın Vyetnamda keçirilən konfrans zamanı ona gül verən balacaya diqqət göstərib və qucağına alıb. Ancaq Monun qucağına uşaq deyib aldığı şəxs 46 yaşındakı evli bir kişi olub. Kişinin həyat yoldaşı iş qadınına "onu yerə qoy, mən onun həyat yoldaşıyam" deyib. Mon twitter vasitəsilə çəkdiyi bu fotonu paylaşıb və altında bunları yazıb: "Ən utancverici an. Onu 6 yaşında bir uşaq hesab etdim, amma böyük adammış.

Mişel Mon İngiltərənin "Daily Mail" qəzetinə açıqlamasında isə bildirib ki, adam vəziyyətdən razı idi və salondakı hər kəs də qəhqəhə ilə gülürdü. İş qadını "Bir şeyin yanlış olduğunu düşünmüşdüm. Dişləri nikotindən saralmışdı" deyib.