Fransada silahlı hücuma məruz qalan Rahim Novruzovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu deyilir. Unikal.org-un məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
R.Namazov "kriminal aləmdə "Opasnı Roma və Rahim Şəkinski kimi də tanınırmış.
Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.
*** 13:57
Unikal.org francetvinfo.fr saytına istinadən xəbər verir ki, güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.
*** 13:23
Fransada yaşayan iki azərbaycanlı güllələnib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
Qeyd olunub ki, "Audi markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.
Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.
Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.