Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Abdullah Gülə telefon zəngi edib.
 
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın Gülə zəng etməsinin səbəbi qızının nigah mərasimi ilə bağlı olub.
 
Prezident Ərdoğan, Türkiyənin 11-ci prezidenti Abdullah Gülü telefonla qızı Sümeyyə Ərdoğanın şənbə günü reallaşacaq nikah mərasiminə dəvət edib.