Belçika əsilli amerikalı aktyor, prodüser, rejissor və döyüş sənətləri ustası Jan Klod Van Dammın qızı Byanka Bricit van Varenberq də atası təki idmançıdır.
Varenberq 55 yaşlı Van Dammın əsl soyadı olduğundan, qızı da bu soyadı daşıyır.
Unikal.org milli.az-a istinadən bildirir ki, "Byanka Bri" kimi tanınan Byankanın dediyinə görə, özünü məşhur bodibilder və fitnes təlimatçısı Qledis Portuqezə rəqib sayır.
5 il əvvəl atasının baş rolda oynadığı filmin premyerasına qardaşı, 28 yaşlı Kristoferlə birlikdə qatılan Byanka Bricitin dediyinə görə, atasının məşhurluğundan və adından istifadə etmək niyyətində deyil.
"Atamın kölgəsi olmaq istəmirəm. Məşhurların övladları əksər hallarda valideynlərinin kölgəsində qalırlar. Mənsə həyatımı özüm yaşamaq istəyirəm. Atamı sevirəm, amma həyatda hər şeyə özüm nail olmaq fikrindəyəm", - Byanka Bri deyib.
Atasının bəzi filmlərinə çəkilmiş Byanka aktrisa kimi tanınmaqla yanaşı, fitnes təlimatçısı və döyüş növləri ustası kimi də məşhurlaşmaq fikrindədir.
Byankanın aktrisa təki debütü 2008-ci ildə, Jan-Klod Van Dammın "Jak Robido" rolunu oynadığı "The Shepherd: Border Patrol" filmində olub.
Daha sonra o, "Soldiers" və "Assassination Games" filmlərində çəkilib.