Mingəçevir şəhərində yerləşən çörək sexlərinin birində bədbəxt hadisə qeydə alınıb.

Unikal.org "Reporta isinadən xəbər verir ki, N.Nərimanov küçəsində yerləşən müəssisədə sexin 1983-cü il təvəllüdlü yerli əməkdaşı Əliyev Bəhruz Vaqif oğlu iş başında sol əl nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum olmasa da, sex şüşələrinin qırılaraq çörəkbişirənin üzərinə töküldüyü deyilir.

Faktla bağlı araşdırma aparılır.