Lerikdə meşədə asılmış kişi meyiti tapılıb. Unkal.org APA-ya istinadən xəbər verir ki, meyit kənd sakinləri tərəfindən aşkar olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda onun kimliyi araşdırılır.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilir.