Şəkidə yeni ana olan qadın vəfat edib.  Şəki Regional Perinatal Mərkəzində 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı əməliyyat yolu ilə ana olandan sonra dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, hadisə ilə bağlı Şəki rayon Prokurorluğundan lent.az-a bildirilib ki, T.Məmmədova martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib. Lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq martın 31-də həmin mərkəzdə vəfat edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.