Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisə Şəfa stadionunun yaxınlığında baş verib.

Qəza səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.