Şamaxıda avtomobilin Məlhəm kəndinin girəcəyindəki məlumat lövhəsinə çırpılması nəticəsində xəsarət alan 4 nəfərdən 3-nün şəxsiyyəti məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Samir Fuad oğlu, həmçinin Mustafayeva Pakizə Ədalət qızı və Şitayeva Tavat Mehman qızı xəsarət alıb.

Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.

18:07

Şamaxıda yol-nəliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 2 nəfər xəsarət alıb.