Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, gecə saat 22:30 radələrində Sarayevo küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində yerləşən avtobus dayanacağında naməlum şəxs N.Kamilovaya hücum edərək dəyəri 500 manat olan "Samsung-J7 markalı mobil telefonu alıb. Qadına hücum edən əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Axundov Fərid Tələt oğlunu polis əməkdaşı saxlayaraq ərazi üzrə Polis Bölməsinə təhvil vermişdir. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılır.