Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü rayonun Kəpənəkçi kənd sakini 1966-cı il təvəllüdlü Abdullayev Asif İnşallah oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla araşdırma aparılır.