Türkiyədə bir qadın üç nəfər tərəfindən spirtli içkilə içirdilib zorlanaraq, çılpaq vəziyyətdə küçənin ortasına atıldı.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gecə gecə saat 03.00 radələrində baş verib. Fevzi Çakmak prospektində yerdə huşsuz bir vəziyyətdə çılpaq şəkildə qadın qadın tapılıb. Gənc qadını yolun kənarında huşsuz görən məhəllə sakinləri 112 məlumat veriblər. Hadisə yerinə gələn 112 təcili tibbi yardım qrupları, yaralı qadını Nazilli Dövlət Xəstəxanasına aparıblar. Prospekt üzərində olan təhlükəsizlik kameralarını araşdıran polislər, avtomobillə qaçdıqları irəli sürülən şübhəlilərin tutmaq üçün axtarışa başlayıb. Hayati təhlükəsi olmayan 25 yaşındakı N.Y.-nin ayaq dizlərində və biləklərində zədələrin olduğu məlum olub.
Təcili yardımla xəstəxananın təcili xidmət girişində içəri girmək istəməyən yaralı qadın, saatlarla ağlayanh qadın başına gələnlər barədə polisə bu şəkildə danışıb:
"Zonguldakdan Nazilliye gəldim. Burada həbsxanada yatan sevgilim var. Mən ziyarətinə gəlmişdim amma mübahisə etdik və ayrıldıq. Daha sonra gecələmək üçün oteldə qaldım. Bu gecə tanımadığım 3 adamla spirt içdik. Gecənin sonunda avtomobildə mənə təcavüz etdilər. Sonra küçəyə necə atıldığımı xatırlayıram. Amma içkili olduğum üçün mənə zorakılığ edən şəxsləri tanımıram".