"Azərenerji" ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Qurumun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tədbir iştirakçıları öncə inzibati binada Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdiblar
Tədbiri giriş sözü ilə açan "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Ulu Öndərin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışıb. Sədr onu da vurğulayıb ki, Ulu Öndərin başladığı və tamamlaya bilmədiyi işlərin Möhtərəm Prezident cənab İlham Əliyevin yeni dövrün çağırışlarını nəzərə almaqla uğurla davam etdirir: "Həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Əldə edilən uğurlar respublikanın elektrik enerjisi sisteminin dayanıqlığını və təhlükəsizliyini daha da möhkəmləndirib. Eyni zamanda, bölgədə elektrik enerjisi ixracatçısı mövqeyinə çıxarıb.
Bütün bunlar Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması kimi mühüm istiqamətləri özündə birləşdirən müdrik siyasətinin nəticəsidir. Onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda qarşıya qoyulmuş məqsədlər bundan sonra da qətiyyət və ardıcıllıqla həyata keçiriləcəkdir. Qüdrətli dövlətimiz dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutacaqdır".
Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublika iqtisadiyyatının inkişafı, o cümlədən elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən danışdılar. O da qeyd edildi ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, enerji sistemin təhlükəsizliyi təmin edilib. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz olunub. Ulu Öndərin fəaliyyəti ilə bağlı film nümayiş etdirildi.