Bərdə sakinlərindən hədə-qorxu gələrək pul tələb edən şəxslər tutulub.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.