Space Tv-nin "Olar? Olmaz!" verilişində milli valyutamızla bağlı reydlər tamaşaçılara təqdim edilib.

Unikal.org xəbər verir ki, jurnalist Amil Xəlilin təqdimatında yayımlanan verilişdə aparıcı insanların 1, 3, 5 qəpiklərdən imtina etdiklərini əyani formada tamaşaçılara təqdim edib. Hətta müvafiq aparatların belə bu qəpiklərə yaxın durmadıqını bildirən aparıcı bəzən küçədən belə 5 qəpik yığmağın mümkün olduğunu qeyd edib .Vəziyyət elə gətirib ki, 5 qəpikləri götürən mağazalar və köşklər limitlə bu "arzu"nu yerinə yetirir.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır. Bu axşam (4 aprel) "Olar? Olmaz!" da apteklərlə bağlı veriliş tamaşaçılara təqdim ediləcək. Özbaşına qiymət qaldıranlar kimlərdir?