Mirqantları sıxmaq üçün ikinci hücum
11:06 20-08-2012
İQTİSADİYYAT
Mirqantları sıxmaq üçün ikinci hücum
Bu dəfə Ombudsman Aparatı formalaşdırılır, Rusiya
gəlmələrin siyasətə girməməsi üçün planlarını işə salıb
Rusiyada miqrantları çətin günlər gözləməyə başlayır. Moskva hökumətinin ard-arda həyata keçirməyə başladığı planlar nəticə etibarı ilə qeyri-rusların işini çox ağır vəziyyətə sala bilər. Çünki yeni qanunların qəbulu və şuraların yaradırlamıs mahiyyət etibarilə "sərhədləri" müəyyənləşdirmək və nəzərəti daha da gücləndirməkdir.
Gəlmələr üçün
"OMON tələsi"
İlk xəbər hələ bir müddət əvvəl yayılmışdı. Məlumatda deyilirdi ki, Rusiya Daxili İşlər Nazirliyinin yanında miqrantlara nəzarət edən qurum yaradılacaq. Həmin quruma isə OMON-çular cəlb ediləcəklər. Məqsəd qeyri-qanuni miqrant həyatı yaşayanları müəyyənləşdirmək, onların arasında cinayət törədənləri aşkarlamaq və digər işləri həyata keçirməkdir.
Əslində, belə bir strukturun yaradılması heç də yuxarıda qeyd olunanlarla bağlı deyil. Əksinə, vəziyyət tamam başqadır. Çünki Rusiyanın əhalisi faktiki olaraq azalır. Son məlumatlara görə, təkcə bu il azalma hallarının sayı 700 min nəfərə çatıb. Deməli, yaxın gələcəkdə Rusiyada demoqarfik fəlakət yaşana bilər. Ona görə də bu ölkənin gəlmələrə böyük ehtiyacı var.
Həmçinin Rusiya işçi qüvvəsi məsələsində də sıxıntılar yaşamağa başlayacaq. Zaman içində yeni iş yerlərinin açılması və oraya işçi cəlb olunması gözləniləndir. Belə olan təqdirdə, yerli əhalinin çatışmazlığı məsələsini ancaq miqrantların əliylə həll etmək mümkündür.
Miqrantları siyasətdən
kənarda saxlamaq
Madam ki, belədir, o zaman bu cür nəzarətedici qurumların yaradılmasına nə gərək var? Rusiya hakimiyyəti yaxşı bilir ki, bu şəkildə davam edərsə, miqrantlar qısa müddətdən sonra ölkənin siyasi həyatına da nüfuz etməyə başlayacaqlar. Gəlmələr arasında heç də hamısını fəhlə və savadsız kateqoriyasına aid etməyin mümkün olmadığının fərqin varan Moskva indidən tədbir görməyə çalışır.
Bununla bağlı Rusiyadakı vəziyyətə diqqət yetirilərsə, bəzi məqamları aydınlaşdırmaq olar. Şimali Qafqazda yetərli qədər problem yaşayan Kreml, bir də Cənubi Qafqaz və Orta Asiyadan gələnlərlə uğraşmaq niyyətində deyil. Moskva hökuməti anlayır ki, prosesləri azca nəzarətindən kənara buraxarsa, problemin qarşısını almaq mümkün olmayacaq. Çünki Rusiya mühitində uzun illər yaşayan miqrantlar çox asanlıqla adaptasiya olunduqdan sonra siyasətə qarışa bilərlər.
Elə bu səbəbdəndir ki, təkcə Moskvada 18 bazarın bağlanılması ilə bağlı göstəriş verilib. Həmin bazarlarda çalışanların əksəriyyətinin qafqazlı olduğu isə hər kəsə məlumdur. Moskva meriyası bəyan edib ki, burada məqsəd həmin kiçik bazarların yerinə yeni ticarət mərkəzlərini tikmək və yerli şəraiti yaxşılaşdırmaqdır. Əslində isə niyyət tamam başqadır. Düzdür, qeyd olunan bazarlarda antisanitariya və nəzarətsizliyin olması mümkün haldır. Amma Moskva meriyası hökumətin tapşırığına əsasən bu bazarlarda çalışan insanları ticarət mərkəzlərində cəmləşdirməklə, onlara asanlıqla nəzarət etmək imkanı əldə edəcəyini düşünür.
Belə olan təqdirdə, ən optmal yollardan biri də miqrantları önləmək üçün bir sıra strukturların yaradılmasıdır. Hazırkı məqamda bunun üçün düşünülən bir xeyli planlar var. Və həmin planlar da zaman içində həyata keçirilməkdədir. OMON-çulardan ibarət strukturun yaradılması isə başlanğıcdır. Ona görə ki, miqrantlara nəzarət edəcək ikinci bir qurum da yaradılır.
Miqrantlar üçün
Ombudsman yaradılır
DİN-in tərkibində yaradılacaq strukturla yanaşı, daha bir qurumun yaradılması istiqamətində fəaliyyətə başlanılıb. Qeyd edək ki, yaxın vaxtlarda Rusiya Prezidenti yanında Milli Məsələlərlə İş üzrə yeni qurum yaradılacaq. Milli Məsələlər üzrə Ombudsman kimi adlandırılacaq həmin strukturun bu ilin sonuna kimi formalaşdırılması nəzərdə tutulub.
Həmin vəzifəyə namizədlər içində Rusiya Prezidentinin milli mədəniyyət işləri üzrə məsləhətçisi Vladimir Tolstoyun və Dövlət Dumasının deputatı Hacimət Səfərəliyevin adı hallanır. Lakin Ombudsmanın kim olacağı hələ qərarlaşdırılmayıb. Bununla bağlı mətbuata açıqlama verən Dumanın milli məsələlər komitəsinə başçılıq edən Səfərəliyev deyib ki, plandan xəbəri var. Amma o, bu vəzifə təklif olunacağı təqdirdə imtina edəcəyini deyib. Səbəbini isə izah etməyib.
Qeyd edək ki, bu atılan bu addım birlavsitə miqrantlara nəzarət etmək üçündür. Əslində, Ombudsmanlar vətəndaşların hüquqlarının qorunmasına, onların üzləşdiyi problemlərin həllinə yardımçı olan bir qurum kimi xarakterizə olunur. Təbii ki, Rusiyada da bu həyata keçiriləcək. Amma əsl məqsəd heç də gəlmələrin hüquqlarını qorumaq deyil, onları nəzarət altında saxlamaqdır.
Rus dilində
məcburi imtahan
Amma problem bununla da bitmir. Məsələ belədir ki, miqrantları sıxışdırmaq və onlara daim nəzarət altında olduqlarını hiss etdirmək üçün Kremlin başqa planları da var. Həmin planlardan biri də rus dili ilə bağlı imtahanın verilməsidir.
Bu hər kəsə adi bir şey kimi gələ bilər. Çünki miqrant həyatı yaşayanlar onsuz da rus dilində danışdıqlarını deyirlər. Amma yeni qaydalara görə, imtahan danışıq dilindən deyil, qramatikadan veriləcək. Bu isə o deməkdir ki, bir çoxları uzun illər miqrasiya kartları almaq imkanından məhrum olacaq.
Eyni zamanda, bu proses lap əvvəl Moskva meriyası həyata keçirməyi planlaşdırırdısa, bundan sonra yeni yaradılacaq Ombudsman Aparatı reallaşdıracaq. İlkin mərhələdə imtahan verən miqrant kəsiləcəyi təqdirdə, 1 il Rusiyada yaşamaq hüququna sahib olacaq. Bir ildən sonra veriləcək imtahandan kəsilən isə ölkədən çıxarılacaq. Lakin bir dəfə uğurla imtahan verən şəxs 5 ildən sonra da eyni şeyi təkrarlamalı olacaq.
Sərt qanunlar gəlir
Üstəlik, qaydaları pozanları cəzalandırmaq üçün bir sıra qanunların qəbul edilməsi istiqamətində də işlərin görülməsinə start verilib.
Dövlət Dumasından gələn xəbərlərdə deyilir ki, yeni qanunvercilik aktlarında miqrantların ən kiçik qanun pozuntularına yol vermələri sərt şəkildə cəza almalarına gətirib çıxaracaq. Hətta belə bir məlumat da mövcuddur ki, vaxtaşırı miqrasiya qaydalarını və qeydiyyat normalarını pozan gəlmələr cinayət məsuliyyətinə də cəlb oluna bilərlər.
Hələlik bu barədə fikirlər və təkliflər var. Qanun layihəsinin isə ilin sonuna kimi hazırlanması nəzərdə tutulub. Yeni ildən isə sərt qanunların qüvvəyə minəcəyi gözlənilir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40