Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb.

Unikal.org Trend-ə istinadən məlumatına görə, zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.