Prezident İlham Əliyev Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə "Azərsu Açıq Səhmdar Cəmiyyətinə 1 milyon manat ayrılıb.