Cəlilabadda üç qadın qidadan zəhərlənib. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, rayonun Qarazəncir kəndində Səbinə Nurəddin qızı Abbasova, Türkan Bəxtiyar qızı Nuriyeva və Zülfİyyə Bəxtiyar qızı Bayramova zəhərlənib.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.