Gecə saatlarında Bərdə rayonunda küçədə kişi meyiti tapılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, meyit 1975-ci il təvəllüdlü Bərdə rayon Lək kənd sakini Hacıyev Rövşən Əliağa oğluna məxsusdur.
Şahidlər onun tüfeyli həyat sürdüyünü və elə içkili vəziyyətdə küçədə uzanaraq keçindiyini söyləyiblər.
Bu barədə yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları və mərhumun atası gəlib.
Faktla bağlı araşdırma aparılır.