Procter & Gamble (P&G) şirkətinin ən məşhur brend markası olan "Gillette ülgüclərinin Azərbaycanda qiymətləri qalxıb.

Unikal.org-un araşdırmasına görə, son bir ildə bu məhsulların qiymətindən ən azı 70 faiz bahalaşma olub.

Birdəfəlik üzqırxan kimi tanınan"Gillette2 məhsulu əvvəllər Azərbaycanda 20 qəpiyə satılırdısa, soradan 30, 40, 50 qəpiyə qaldırıldı. Son bir neçə gündə isə bu məhsulun qiyməti 55 və 70 qəpik arası dəyişir. Topdan satış mərkəzlərində bu məhsul 55 qəpiyə t'klif olunursa, adi marketlərdə "Gilette2 60-70 qəpiyə satılır.

Bununla belə, "Gillette ülgüclərinin digər çeşidlərində də bahalaşma qeydə alınıb.

Qeyd edək ki, şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Wash & Go® məşhur brendlərdən olan məhsul çeşidlərinin də Azərbaycanda satışını həyata keçirir.

Azərbaycanda sözügedən məhsulların qiymətində də ciddi artım müşahidə edilir. Hələlik bu qiymət artımı ilə bağlı heç bir rəsmi məlumat verilmir. Şirkət ən azı iki aydan bir, qiymətlərini qaldırmaqda davam edir. Şirkət bu bahalaşmanı hansı əsaslarla etdiyini isə açıqlamır.