Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qadınları fahişəliyə cəlb edən daha bir nəfər axtarışa verilib.
Unikal.og Lent.az-a istinadən xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü Mirzəyeva Gülnar Nazim qızının ölkə vətəndaşları olan qadınları İstanbul şəhərinə aparılmasını təşkil etməsi və orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Bildirilir ki, 36 yaşlı G.Mirzəyeva subaydır və əvvəllər məhkum edilib.
Faktla bağlı araşdırma davam etdirilir.