"Gedək sənə dua edim, narahatlığın getsin. Məndə onunla getdim"
Türkiyədə 11-ci sinif şagirdi məsciddəki imam otağında imamın cinsi istismarına məruz qalıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada Anadolu imam natiq liseyinin 11-ci sinifdə oxuyan şagird, anasıyla birlikdə polis bölməsinə gedərək ifadə verib. Təcavüzə uğrayan qız başına gələnlər barədə belə deyib:
"ELİNDƏN ZORLA xilas oldum"
"Mənə təcavüz edən şəxsdən (E.C) məsciddə Quran dərsi alırdım. Eyni zamanda o məscidin imamıdır. 2 mayda məktəbdə narahat idim, onun üçün dərsdən tez çıxıb evimə doğru gedərkən E.Ç. müəllimim məni gördü. Narahatlığımı biləndə "Gel məscidə gedək, sənə dua edim" deyərək onunla getməyimi istədi. Məscidə getdiyimizdə imam otağına girdik, burada bir az istirahət etdikdən sonra getmək üçün qalxdım. Ayağa qalxdığımda müəllim iki əliylə mənə sarılıb dodaqlarımdan öpməyə başladı. Zorla əlindən xilas oldum. Boynumda və dodağlarımda qızartını anam gördü. Əvvəl utandım izah etmək istəmədim və sonra məcbur hadisəni izah etdim".
Hazırda Türkiyə hüquq mühafizə orqanlarında evli olduğu öyrənilən imam E.Ç. ilə əlaqədar istintaq başlanıb. Diyanət İşləri Başçılığı Təftiş heyəti hadisənin istintaqı üçün bir müfəttiş vəzifəsini, imam E.Ç. ortaya alındı.