Özəl ali təhsil müəssisəsinin dekan və müəllimləri polis tərəfindən tutulub. Hadisə Rusiyanın Volqoqrad şəhərində ba verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat yayılıb.
Məlumata əsasən bir neçə il imiş şübhəli şəxslər tələbələrdən sessiya zamanı yaxşı qiymət qarşılığında pul tələb ediblər. Axtarışdan sonra 13 nəfər saxlanılıb. Məlum olub ki, cinayət şəbəkələşməsinin təşkilatçısı hüquq fakültəsinin dekanıdır. İstintaq 100-ə yaxın cinayət epizodunu qeydə alıb.
Müəllimlərin evlərində axtarış zamanı bank kartları, qiymət kitabçaları və digər sənədləri əlindən alınıb. Məlumatda bildirilir ki, cinayətə səbəb olan şəxsləri 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.