Kür çayı üzərindən keçən dəmir yolu körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib.
Unikal.org xəbər verir ki, körpü prezidentin 31 iyul 2017-ci il tarxli sərəncamına əsasən, Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür cayı üzərində yerləşən metal dəmir yolu körpüsünün rekonsrtuksiyası işləri ilə tikilib.
Körpünün əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib.
Qeyd edək ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.