Bakıda avtomobillərin pəncərəsini sındırıb qızıl zinət əşyası və külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində "Toyota markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlərlə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.
Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində "Porche markalı avtomobildən 20 000 dollar, "Hyundai markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.