Daha bir tanınmış kriminal avtoritet dünyasını dəyişdi. O, "oğru" dünyası tarixində ilk və yeganə "taclandırılmış" adigeyli idi (Adigey Şimalı Qafqazda bir respublikadır).
Unikal.org Criminal.az istinadən xəbər verir ki, Mişka Çerkes kimi tanınan 50 yaşlı Məhəmməd Petov Almaniyada dünyasını dəyişdi.
Son illər iflic xəstəliyi ilə əlaqədar güclü təsirlərə malik dərmanlar qəbul etmək məcburiyyətində idi. Mişka Çerkesi 1993-cü ildə erməni məşəli armavirli oğru Nodar Çtamanetyanın təqdimatı ilə taclandırılıb. Bu taclandırmanın isə bir məqsədi var idi - armavirli oğrular adigeylilərlə problem yaşamasınlar. Nodar Çtamanetyanın isə bambaşqa planları var idi, o, bununla özünə maliyyə perspektivləri yaradırdı.
Bu məsələdə isə iki ciddi maneə yaranmışdı - məşhur rus "oğru"larından Vladimir Volkov (Volçok) və Viktor Beqdaş (Şenok) bu namizədliyə etiraz etmişdilər. Onu da qeyd edək ki, Mişka Çerkes qrup halında təcavüz ittihamı ilə cəza çəkib. Bütün bunlara baxmayaraq onu taclandırırlar. 1994-cü ildə Nodar Çtamanetyan avtoqəzada öləndən sonra isə Armavirdə bütün güc Mişka Çerkesə keçir. Get-gedə isə onun nəzarətində olan ərazilərin əhatəsi böyüyür.
Bu isə artıq bir çox "oğru"nun xoşuna gəlmir, əsasən də "Ded Xasan"ın. Buna görə də Mişka Çerkes Dəfələrlə hücumlara məruz qalır. 2003-cü ildə isə onu silahla elə susdururlar ki, birdəfəlik yatağa düşür. Beləliklə, bu aləmdən əlini çəkməyə məcbur olur.