Beynəlxalq Valyuta Fondu (BVF) 2018-2019-cu illərdə Azərbaycanda birrəqəmli inflyasiya proqnozlaşdırır.

Unikal.org-un məlumatına görə, bu, "World Economic Outlook hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, 2018-ci ildə ölkədə inflyasiya 7 faiz, 2019-cu ildə 6 faiz həcmində gözlənilir.

Xatırladaq ki, Azərbaycan hökuməti 2018-ci il üçün inflyasiyanı 6-8 faiz həcmində proqnozlaşdırmışdı.

Qeyd edək ki, BVF 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu isə 1,3 faizdən 2 faizədək yüksəldib.