Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Babayev Nurlan Natiq oğlu "Laçın" ticarət mərkəzinin qarşısında tanıdığı şəxslə dava edib.

Nəticədə onun ayağına iki bıçaq zərbəsi vurulub. Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya aparılıb.

Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.