Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARNDF) aktivlərinin 48,8%-i ABŞ dollarında, 34,4%-i avroda, 4,9%-i ingilis funt sterlinqində, 0,7%-i Avstraliya dollarında, 1%-i Türkiyə lirəsində, 1,1%-i Rusiya rublunda, 1,2%-i Koreya vonunda, 1,4%-i Çin yuanında, 1,6%-i yapon yenində, 1,5%-i digər valyutalarda, 3,4%-i isə qızılda yerləşdirilib.
Unikal.org bu barədə Fonda istinasən xəbər verir.
Məlumata görə, ARDNF-in investisiya portfelində istiqrazlar və pul bazarı alətləri 76,6%, səhmlər 14,2%, daşınmaz əmlak 5,8%, qızıl isə bir qədər əvvəl deyildiyi kimi 3,4% paya malikdir.
Fond aktivlərinin 41,88%-ni Avropada, 25,65%-ni Şimali Amerikada, 24,55%-ni Asiya/Sakit Okean regionunda, 2,45%-i Avstraliya/Yeni Zelandiyada, 0,06%-ni Yaxın Şərqdə, 0,04%-ni Cəbuni Amerikada, 5,37%-ni isə beynəlxalq maliyyə təşkilatlarında yerləşdirib.
ARDNF-in investisiya portfelində inkişaf etmiş ölkələr 69,5%, inkişaf etməkdə olan ölkələr 25,13%, beynəlxalq təşkilatlar isə bir qədər əvvəl deyildiyi kimi 5,37% paya malikdir.