Bakının hansı qəbiristanlığında ölülərin ruhuna hörmətsizlik edilir?
11:06 23-08-2012
İQTİSADİYYAT
Bakının hansı qəbiristanlığında ölülərin ruhuna hörmətsizlik edilir?
Binəqədi kənd qəbiristanlığını zibilxanaya çeviriblər
Bakının Binəqədi qəsəbəsində qəbiristanlıq sözün həqiqi mənasənda zibilxanaya dönüb. Bu barədə qəbiristanlıqda uyuyanların qohumları və qəsəbə sakinləri şikayət ediblər. Onların sözlərinə görə, qəbiristanlıq həmişə zibil içində olub və bu barədə dəfələrlə şikayət edilsə də, heç bir tədbir görülməyib. “Hər dəfə anamın, atamın qəbiri üstünə gələndə qəbiristanlığa girməyə iyrənirəm. Üfunət iyi götürüb qəbiristanlığı. Qəbiristanlığın girəcəyi də zibillə doludur”, - deyə Dürrə Məmmədova şikayət edib.
Binəqədi kənd qəbiristanlığına yollandıqda oranın doğrudan da zir-zibillə dolu olduğunu gördük. Qəbiristanlığın həm içi həm də, arxa girişi zibillə dolu idi. Ramazan bayramı olduğuna görə, qəbiristanlığa ziyarətə gələnlər çox idi. Onlarla söhbət zamanı məlum oldu ki, bu qəbiristanlı həmişə belə halda olub.
Qəbiristanlığın müdiri Hacı Şahin Məhərrəmli bildirdi ki, bu məsələdə onun heç bir günahı yoxdur. Qəbiristanlığı zibilləyən elə ətrafda yaşayan insanlardır. Qəbiristanlıq müdirinin sözlərinə görə, onlar tez-tez təmizlik işləri aparsalar da, qəbirləri ziyarətə gələnlər və orada yaşayan insanlar ətrafı zibilləyir. Digər problem isə qəbiristanlığın 5 addımında olan zibilxananın zibillərinin bura dolmasıdır. “Hava bir az küləkli olan kimi zibilxananın zibilləri dolur qəbiristanlığa. Mənim bir işçim var. Biz də çatdıra bilmirik. Başa düşürəm ki, buranın zibillə dolu olması mənim üçün mənfi haldır. Amma inanın ki, burada mənim heç bir günahım yoxdur”, -deyə Şahin Məhərrəmli bildirdi.
Qəbiristanlıq müdiri hətta bizdən xahiş etdi ki çəkdiyimiz fotoları sayta yerləşdirməyək. Ona bunun bizim işimiz olduğunu bildirdikdə isə, Hacı Şahin bizə yol da gəstərdi: “Onda matrealı elə hazırlayın ki, buradakı insanların günahı ucbatından qəbiristanlığın zibilləndiyi görünsün".
Məsələ ilə əlaqədar Binəqədi kənd Bələdiyyəsinin sədr müavini Ramiz adlı şəxslə də əlaqə saxladıq. Ramiz bizimlə telefon danışığı zamanı bildirdi ki, onlar öz işlərin görürlər. Hətta soyadını gizlədən Ramiz bəyin bizə bir iradı da oldu. “Bayram vaxtı “qanımızı qaraltma”. Biz öz işimizi yaxşı bilirik. Oraların təmizlik işinə cavabdeh mənəm və mən də öz işimi yaxşı bilirəm. Camaat şikayət edirsə bizə etsinlər, daha sizi neynirlər", - deyə Ramiz bildirdi.
Soyadını gizli saxlayan Ramizlə danışdıqdan sonra onun qəsəbə nümayəndəsi Ramiz Həsənzadə olduğunu müəyyənləşdirdik. Bundan sonra Binəqədi kənd Bələdiyyə sədri Rəşad Cabbarovla əlaqə saxladıq. Bələdiyyə sədri müavinindən fərqli olaraq məsələdən xəbərdar olduğunu bildirdi və dedi ki, artıq qəbiristanlığın önündəki zibilxana vaxtlı-vaxtında təmizlənəcək.
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin əhaliyə vətəndaşlıq xidməti trestinin rəsmisi Sabir Həsənov da məsələdən hali olduğunu və problemlə bağlı əlindən gələni əsirgəməyəcəyinə dair söz verdi.
Beləliklə cavabdeh şəxslər Binəqədi qəbiristanlığının bundan sonra zibillərdən təmizlənəcəyinə söz verdilər. Biz də ümid edirik ki, onlar bu sözü tutacaqlar.
Ziya Babayev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00