Neftin qiyməti süni şəkildə çox yüksəkdir.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "twitter səhifəsində yazıb.

"OPEC yenə eyni işi görür. Neftin miqdarının dənizdəki dolu tankerlər daxil olmaqla hər yerdə rekord səviyyəyə satdığı bir zamanda "qara qızılın qiyməti süni şəkildə çox yüksəkdir. Bu, yaxşı hal deyil və qəbuledilməzdir, - deyə D.Tramp bildirib.

ABŞ Prezidentinin bu sözlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası ilə eyni vaxta təsadüf etməsi analitiklər tərəfindən birmənalı qarşılanmayıb.

D.Trampın bu çıxışından sonra ötən gün son 3 ilin maksimumuna çatan neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Hazırda "Brent neftinin bir barreli Londonun ICE birjasında 73,30 dollara, "Lightın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 67,94 dollara alıcı axtarır.