Amerika fond bazarında "Dow Jones" indeksi 0,82% - 24 462,94 bəndədək, "S&P 500" 0,85% - 2 670,14 bəndədək, NASDAQ isə 1,27% - 7 146,13 bəndədək ucuzlaşıb.
Unikal.org xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,54% - 7 328,17 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,21% - 12 540,50 bəndədək ucuzlaşıb, Fransa CAC-40-ı 0,39% - 5 412,83 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 11,20 dollar ucuzlaşaraq 1 337,60 dollara, gümüşün unsiyasının qiyməti 0,12 dollar azalaraq 17,11 dollara satılıb.